4 C
Baku
Sunday, December 4, 2022

Azərbaycan və Əlcəzair diplomatik pasportlara malik şəxsləri viza tələbindən azad edir

Azərbaycan və Əlcəzair qarşılıqlı olaraq diplomatik və xidməti pasportlara pasportlara malik şəxsləri viza tələbindən azad edir.

Bu, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən “Azərbaycan Respublikası Hökuməti ilə Əlcəzair Xalq Demokratik Respublikası Hökuməti arasında diplomatik və xidməti pasportlara malik şəxslərin qarşılıqlı viza tələbindən azad edilməsi haqqında” Sazişin təsdiq edilməsi barədə” qanun layihəsində əksini tapıb.

Qanun layihəsi müzakirələrdən sonra parlamentin plenar iclasına tövsiyə edilib.

Son xəbərlər
Digər xəbərlər
X