25 C
Baku
Saturday, July 13, 2024

Azərbaycan və Almaniyanın birgə şirkəti ötən il xalis mənfəətini kəskin artırıb

SOCAR və xarici şirkət “Lancer Services S.A.”in birgə müəssisəsi olan “Ekol Mühəndislik Xidmətləri” QSC 2021-ci ildə xalis mənfəət əldə edib.

Bunu Banker.az şirkətin illik maliyyə hesabatına istinadən xəbər verir.

Hesabat ərzində şirkətin 33.25 mln. manat gəliri olmaqla 2020-ci ilin eyni dövrünü 52% üstələyib.

Onun 14.69  mln. manat (2020: 13.24 mln. manat) əmək haqqı və ödənişləri, 3.09 mln. manatlıq (2.96 mln. manat) istifadə edilmiş xammal və xərc materialları, 2.9 mln. manatlıq (1.81 mln. manat) köhnəlmə və amortizasiya və s. xərcləri olmuşdur ki, bu da ümumi olaraq 23.69 mln. manat əməliyyat xərci deməkdir. Şirkətin xərcləri öncəki ildən 14% çox olub. Əlavə olaraq 2.44 mln. manatlıq faiz xərci olub.

Bununla da 2021-ci ildə 6.74 mln. manatlıq xalis mənfəət əldə edib. Bu öncəki ildə 1.17 mln. manat idi.

Xalis mənfəətin ardından onun balansındakı bölüşdürülməmiş mənfəət 15.58 mln. manata yüksəlib.

2123

“Ekol Mühəndislik Xidmətləri” QSC Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (51%) və xarici investor “Lancer Services S.A.” Şirkətinin (49%) pay iştirakı ilə 01.03.2006-cı il tarixində təsis edilib, 17.04.2006-cı il tarixdə isə hüquqi şəxs kimi dövlət qeydiyyatından keçirilib.

Şirkət ölkənin hüdudlarından kənarda və respublika daxilində müasir texnika və texnologiyalardan istifadə edilməklə, ətraf mühitin mühafizəsi istiqamətində ekoloji yönümlü layihələr həyata keçirməkdən ibarətdir.

Son xəbərlər
Digər xəbərlər