26 C
Baku
Saturday, July 27, 2024

Azərbaycan və Belçika dənizdə külək enerjisindən istifadə üzrə əməkdaşlıq edəcək

Azərbaycan Belçika ilə dənizdə külək enerjisindən istifadə üzrə təcrübə mübadiləsi ilə bağlı əməkdaşlıq etməyi razılaşıb.

Bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov özünün “Twitter” hesabında məlumat verib.

P. Şahbazov Brusseldə Belçikanın energetika naziri Tinne Van der Straeten və Avropa İttifaqının (Aİ) enerji məsələləri üzrə komissarı Kadri Simsonla görüşüb.

“Belçikanın energetika naziri Tinne Van der Straeten ilə səmərəli görüş olub. Dənizdə Külək Enerjisindən istifadə üzrə təcrübə mübadiləsi ilə bağlı əməkdaşlıq etməyi razılaşdırdıq”.

Nazir həmçinin qeyd edib ki, Azərbaycan-Aİ Enerji Dialoqunun Brüssel görüşündə strateji enerji tərəfdaşlığımız çərçivəsində Cənub Qaz Dəhlizinnin genişləndirilməsi, Yaşıl Enerji Dəhlizi|nin inkişafına Aİ-nin dəstəyi, Enerji Keçidi və Enerji Səmərəliliyi üzrə əməkdaşlığı müzakirə edilib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər