19 C
Baku
Sunday, October 13, 2024

Azərbaycan və Çin cinayətkarlığa qarşı mübarizədə əməkdaşlıqla bağlı memorandum imzalayacaq

Azərbaycan və Çin arasında cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlıqla bağlı memorandum imzalanacaq.

Bu barədə qərar Baş prokuror Kamran Əliyevin Pekinə işgüzar səfəri çərçivəsində çinli həmkarı Yinq Yonq ilə ikitərəfli görüşündə qəbul edilib.

Tərəflər prokurorluqlar arasında hüquqi və institusional əməkdaşlığın ikitərəfli və beynəlxalq platformalar çərçivəsində genişləndirilməsi perspektivləri barədə fikir mübadiləsi aparıblar.

Cinayətkarlığa qarşı mübarizə, vətəndaşların hüquqlarının qorunması, qarşılıqlı peşəkar səfərlər və təcrübə mübadiləsini nəzərdə tutan əməkdaşlıq haqqında memorandumun imzalanması barədə razılığa gəlinib.

Bundan başqa, Yinq Yonq həmkarını növbəti ilin aprel ayında Makauda keçiriləcək Beynəlxalq Prokurorlar Assosiasiyasının İcraiyyə Komitəsinin iclasına, Kamran Əliyev isə həmkarını 2024-cü ilin sentyabr ayında ölkəmizdə keçiriləcək ümumdünya prokurorlarının illik konfransına işgüzar səfərə dəvət edib.

Son xəbərlər
Digər xəbərlər