27 C
Baku
Saturday, July 27, 2024

Azərbaycan və Çin sertifikatların qarşılıqlı tanınması ilə bağlı razılığa gəlib

Azərbaycanda verilən sertifikatların xaricdə tanınması ilə bağlı may ayı ərzində bir sıra görüşlər keçirilib.

Bunu Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov jurnalistlərə açıqlamasında bildirib

Onun sözlərinə görə, Azərbaycan Çin ilə müvafiq saziş imzalayıb: “Bu saziş əsasında Azərbaycanda verilən sənədlər və sertifikatlar Çində, Çində verilən sertifikatlar isə qarşılıqlı olaraq Azərbaycanda tanınacaq”.

Komitə sədri deyib ki, Azərbaycan məhsullarının Avropa bazarına çıxışını təmin etmək məqsədilə bir neçə gün öncə Avropa Akkreditasiya Təşkilatının Baş Assambleyasında iştirak edib: “Orada bir sıra görüşlər keçirilib. İnanıram ki, noyabr ayında keçiriləcək Baş Assambleyanın növbəti iclasında Azərbaycan Avropa Akkreditasiya Təşkilatının üzvü olacaq ki, bu da Azərbaycanda verilən bütün sənədlərin Avropada tanınmasına kömək edəcək. Həmçinin, burada verilən laboratoriya nəticələri Avropa ölkələrində tanınacaq”.

R. Həsənov deyib ki, Azərbaycanın məhsullarının ixrac olunacağı ölkələrlə mütəmadi olaraq ikitərəfli danışıqlar aparılır.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər