12 C
Baku
Bazar ertəsi, Noyabr 29, 2021

Azərbaycan və “Dubai Future Foundation” arasında memorandum imzalanıb

İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi və “Dubai Future Foundation” arasında Anlaşma Memorandumu imzalanıb.

Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov tviter səhifəsində yazıb.

Onun sözlərinə görə, imzalanan müqavilə rəqəmsal həllərin və Dördüncü Sənaye İnqilabı texnologiyalarının tətbiqi sahəsində əməkdaşlıq nəzərdə tutulur: “Qabaqcıl texnologiyaların sürətlə mənimsənilməsi, vətəndaşlara və biznes maraqlarına xidmət etməsi üçün Dördüncü Sənaye İnqilabı çağırışlarına çevik uyğunlaşma xüsusi əhəmiyyət kəsb edir”.

Xatırladaq ki, iqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi nümayəndə heyəti Dubay şəhərində səfərdədirlər.

Son xəbərlər
Oxşar xəbərlər
X