29 C
Baku
Friday, June 14, 2024

Azərbaycan və Ermənistan sərhədçiləri Qazax istiqamətində xidmətə başlayır

Mayın 24-dən etibarən ordunun əvəzinə Ermənistanın Sərhəd Qoşunları Ermənistan-Azərbaycan sərhədinin Tavuş istiqamətində sərhəd mühafizəsini öz üzərinə götürür.

Bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidməti məlumat yayıb.

Bildirilib ki, həmin tarixdən dövlət sərhədinin Kirants istiqamətindəki 5,8 kilometrlik hissəsində mühafizə prosesi keçid sxeminə uyğun olaraq həyata keçiriləcək:

“Həmin məntiqə uyğun olaraq Azərbaycanla sərhədin göstərilən istiqamətlərində dövlət sərhədinin mühafizəsini Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin bölmələri həyata keçirəcək” – məlumatda belə deyilir.

MənbəAPA
Son xəbərlər
 ⁠
Digər xəbərlər