Azərbaycan və İran arasında ticarətin inkişaf etdirilməsi məqsədilə işlər görülür

Azərbaycan və İran arasında ticarətin inkişaf etdirilməsi məqsədilə işlər görülür.

Bunu açıqlamasında İranın Şərqi Azərbaycan valisinin iqtisadi məsələlər üzrə müavini Əli Cahangiri deyib.

Ə.Cahangirinin sözlərinə görə, İran və Azərbaycan arasında bir çox sahələr üzrə əməkdaşlıq imkanı var. Hazırda iki ölkə arasında qarşılıqlı ticarət dövriyyəsini bir neçə dəfə artırmaq mümkündür.

İranlı rəsmi deyib ki, İranın Şərqi Azərbaycan vilayətində sənaye sektoru inkişaf etdiyi üçün bir sıra məhsullara, xammala ehtiyac yaranır. Bu tələbatın bir hissəsi MDB-yə üzv ölkələr tərəfindən təmin olunur. Azərbaycanlı iş adamları isə İranın xammala olan tələbatını daha asan şəkildə təmin edə bilərlər: “İran tərəfinin də sənaye sektorunda istehsalı yüksəkdir. Azərbaycanın iş adamlarının köməyi ilə Şərqi Azərbaycan vilayətində istehsal olunan məhsulları üçüncü ölkələrə, MDB ölkələrinə, o cümlədən böyük bazarı olan Rusiyaya ixrac etmək mümkündür. Bütün bunlar ikitərəfli ticarətin inkişafına xidmət edə bilər”.

Ə.Cahangiri qeyd edib ki, hazırda Azərbaycan və İran arasında ticarətin inkişaf etdirilməsi məqsədilə ənənəvi ticarətdən, yəni birbaşa alqı-satqıdan uzaqlaşaraq birgə investisiyaların yatırılması, texnologiya sahəsində birgə işlərin aparılması istiqamətində addımlar atılır.

O, bildirib ki, Azərbaycanın təxminən 40 şirkəti İran iqtisadiyyatına investisiya yatırıb. Bu şirkətlərin təxminən yarısı Şərqi Azərbaycan vilayətindədir. Qarşılıqlı olaraq Azərbaycanda da təxminən 900-dən çox İran şirkəti işləyir.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.