9 C
Baku
Bazar, Oktyabr 24, 2021

Azərbaycan və İran “Xudafərin” elektrik stansiyasının tikintisini müzakirə edib

Azərbaycan nümayəndə heyətinin İrana səfəri çərçivəsində energetika naziri Pərviz Şahbazovla qonşu ölkənin energetika naziri Rza Ərdakanian arasında görüş keçirilib.

“Banker.az”a bu barədə Azərbaycanın Energetika Nazirliyindən bildirilib.

Görüşdə iki ölkə arasında imzalanmış sazişlər çərçivəsində Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqları və su elektrik stansiyalarının, habelə “Ordubad” və “Marazad” su elektrik stansiyalarının tikintisi məsələlərinə də toxunulub, Araz çayının su və enerji potensialından səmərəli istifadə edilməsi üçün layihələrin önəmi bir daha vurğulanıb. Energetika nazirləri tərəfindən stansiya və hidroqovşaqların tikintisinin başa çatdırlmasının vacibliyi qeyd olunub və bu istiqamətdə atılacaq növbəti addımlar, o cümlədən layihələrin icrası məqsədilə yaradılmış komissiyalar və işçi qrupları tərəfindən keçirilən görüşlər və onların nəticələri müzakirə edilib.

 

Son xəbərlər
Oxşar xəbərlər