19 C
Baku
Tuesday, July 5, 2022

Azərbaycan və İsrail kənd təsərrüfatı sahəsində əməkdaşlıq planı imzalayacaq

“Azərbaycan və İsrail arasında kənd təsərrüfatı sahəsində əsas fəaliyyətləri əks etdirəcək əməkdaşlıq planının imzalanması planlaşdırılır”.

Banker.az xəbər verir ki, bu barədə İsrailin kənd təsərrüfatı və kənd yerlərinin inkişafı naziri Oded Forer bildirib.

“Plan yaxın bir neçə ay ərzində hazırlanmalıdır. Buğda, həyata keçirməyi planlaşdırdığımız planın yalnız bir hissəsidir”, – nazir deyib.

O, kənd təsərrüfatına yararlı torpaqları və həmin torpaqlarda becəriləcək bitkilərin öyrənilməli, daha sonra Azərbaycan və İsrailin birlikdə icra edəcəkləri planın tərtib edilməli olduğunu vurğulayıb.

“İsrail rəqabətli bazar yaratmaq və ölkə vətəndaşlarının meyvə-tərəvəz xərclərini azaltmaq istəyir”, – O.Forer açıqlayıb.

MənbəReport
Son xəbərlər
Oxşar xəbərlər