18 C
Baku
Çərşənbə, May 25, 2022

Azərbaycan və İsrail qarşılıqlı sərmayə qoyuluşlarının artırılmasını müzakirə ediblər

Bu gün Bakıda keçirilən Azərbaycan-İsrail Ticarət Palatasının iclasında Azərbaycan iqtisadiyyat naziri Mikayıl Cabbarov və İsrailin turizm naziri Yoel Razvozov iştirak ediblər.

Bu barədə Mikayıl Cabbarov “Twitter” hesabında yazıb.

“İclasda qarşılıqlı sərmayə qoyuluşlarının artırılması, İKT və kibertəhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsi, İsrail şirkətlərinin işğaldan azad edilmiş ərazilərimizin bərpasında iştirakı barədə səmərəli müzakirələr apardıq”, -o qeyd edib

 

 

Son xəbərlər
Oxşar xəbərlər