24 C
Baku
Thursday, July 18, 2024

Azərbaycan və Misir əczaçılıq sahəsində müştərək müəssisələr yaradacaq

“Eyni zamanda, cənab Prezident, Sizinlə razılaşdıq ki, istər Azərbaycan investorları, istərsə də misirli investorlar üçün ölkələrimizdə asanlaşdırıcı tədbirlər görülsün və onlara kömək göstərilsin”.

Bu barədə Misir dövlət başçısı Əbdülfəttah Əs-Sisi yanvarın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə geniş tərkibdə görüşdə bildirib.

“Əsasən də əczaçılıq sahəsində müştərək müəssisələrin və müştərək investisiyaların yaradılması da bizim aramızda əldə olunan razılaşmadır. Siz qeyd etdiyiniz kimi, Azərbaycanın ehtiyac duyduğu bütün dərman preparatlarının siyahısı hazırlanıb bizə təqdim olunandan sonra biz də bu istiqamətdə öz işlərimizi görəcəyik”, – Misir dövlət başçısı vurğulayıb.

Son xəbərlər
Digər xəbərlər