28 C
Baku
Saturday, July 27, 2024

Azərbaycan və Monqolustan qarşılıqlı olaraq səfirlik açmağı planlaşdırır

Yaxın illərdə Azərbaycan və Monqolustan qarşılıqlı olaraq paytaxtlarda səfirlik aça bilərlər.

Bunu Monqolustanın Türkiyədəki səfiri, ölkəsinin Azərbaycan üzrə fövqəladə və səlahiyyətli səfiri diplomatik missiyasını yerinə yetirən, Ankarada iqamət edən Qombosuren Munxbayar deyib.

O bildirib ki, ikitərəfli əməkdaşlıq inkişaf etdikcə qarşılıqlı diplomatik nümayəndəliklərin açılması məsələsi aktuallaşır:

“Şübhə etmirəm ki, yaxın illərdə tərəflər qarşılıqlı olaraq ölkələrimizin paytaxtlarında səfirlik aça bilərlər. Səfirliklərin açılması isə ikitərəfli əlaqələri genişləndirəcək, ticarət, nəqliyyat və turizm sahələrində əməkdaşlığın inkişafı üçün böyük potensialı ortaya qoyacaq”.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər