5 C
Baku
Wednesday, February 21, 2024

Azərbaycan və Pakistan arasında sosial sahədə əməkdaşlıq genişlənir

Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevlə Pakistanın xaricdə yaşayan pakistanlılarla iş və insan resurslarının inkişafı naziri Sacid Hüsseyn Turi arasında videokonfrans formatında görüş olub.

Bbanker.az Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadən xəbər verir ki, S.Babayev iki ölkə arasında bir çox sahələrdə, o cümlədən əmək və məşğulluq sahəsində əməkdaşlığın genişləndirilməsi və fəal təcrübə mübadiləsinin həyata keçirilməsi üçün böyük potensialın mövcud olduğunu vurğulayıb.

O, bu ilin may ayında imzalanmış “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Pakistan İslam Respublikasının Xaricdə Yaşayan Pakistanlılarla İş və İnsan Resurslarının İnkişafı Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun ikitərəfli əlaqələrin inkişafında əhəmiyyətini diqqətə çatdırıb.

S.H.Turi Pakistan və Azərbaycanın dost münasibətləri əsasında əlaqələrinin bu gün strateji tərəfdaşlıq səviyyəsində olmasının məmnunluq doğurduğunu bildirib. O, iki ölkə arasında genişlənən əlaqələrin fonunda gələcəkdə iki nazirliyin əməkdaşlığının daha da genişlənəcəyinə əminliyini qeyd edib.

Son xəbərlər
Digər xəbərlər