Azərbaycan və Qazaxıstan arasında miqrasiya sahəsi üzrə sənəd imzalanacaq

Azərbaycan və Qazaxıstan hökumətləri arasında miqrasiya sahəsində əməkdaşlığa dair sənədin imzalanması nəzərdə tutulur.

Bunu Azərbaycan və Qazaxıstan arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın 16-cı iclasında çıxış edən Azərbaycanın Energetika naziri, komissiyanın həmsədri Pərviz Şahbazov deyib.

Onun sözlərinə görə, ölkələr arasında vətəndaşların vizasız gediş-gəlişinə dair əldə olunan razılığa dəyişikliklərin edilməsi nəzərdə tutulur.

“Layihəyə uyğun olaraq Azərbaycan vətəndaşları Qazaxıstanda qeydiyyatsız olaraq 30 gün qala bilərlər ki, bu müddət bitdikdə onlar təkrar qeydiyyatdan keçərək bu ölkədə daha 60 gün qalmaq imkanı əldə edəcəklər”, – deyə nazir qeyd edib.

©APA-Economics


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

24 saat işləyən filiallar 24 saat işləyən exchangelər Şənbə günü işləyən bank filialları