2 C
Baku
Monday, March 4, 2024

Azərbaycan və Rusiya parlamentləri arasında razılaşma imzalanacaq

“Azərbaycan və Rusiya parlamentləri arasında dünyada yaranmış pandemiya böhranı başa çatdıqdan sonra razılaşma imzalanacaq”.

Bunu Rusiya Dövlət Dumasının deputatı İrek Zinurov Siyasi Araşdırmalar İnstitutunun “Rusiya-Azərbaycan: Epidemioloji və enerji böhranından birgə çıxış yolu” mövzusunda keçirdiyi onlayn konfransda çıxışı zaman deyib.

Onun sözlərinə görə, iki ölkə arasında Azərbaycanda keçirilən parlament seçkilərindən sonra razılaşma imzalanmalı idi: “Təəssüflər olsun ki, pandemiya buna imkan vermədi. Bir çox tədbirlər təxirə salındı. Ancaq postpandemiya dövründə Azərbaycan və Rusiya parlamentləri arasında razılaşma imzalanacaq”.

Rusiya Dövlət Dumasının digər deputatı Anton Morozov isə bildirib ki, dost dar gündə tanınar: “Rusiya ilə Azərbaycan parlamentləri arasında olduğu kimi, xalqlarımız arasında da xoş münasibətlər var və bu çətin dövrdə qarşılıqlı yardım halında fəaliyyət göstərilir”.

Qeyd edək ki, Azərbaycan və Rusiya deputatlarının iştirak etdiyi onlayn konfransda iki ölkə arasında ikitərəfli münasibətlər müzakirə olunub.

©Report

Son xəbərlər
Digər xəbərlər