32 C
Baku
Tuesday, July 23, 2024

Azərbaycan və Türkiyənin birgə müəssisəsi Gürcüstandan gəlirlərini 3 dəfə artırıb

SOCAR və Türkiyənin “Tekfen” şirkətinin birgə müəssisəsi olan “AZFEN”in Gürcüstandakı fəaliyyətindən gəlirləri kəskin artıb.

Banker.az xəbər verir ki, birgə müəssisənin bu ölkə üzrə 2023-cü ildəki gəlirləri 10 milyon 422 min manat təşkil edib. Bu da ABŞ valyutası ilə ifadədə cari məzənnə ilə (USD/AZN – 1.7) 6 milyon 131 min dollar deməkdir.

Bu, illik müqayisədə 6 milyon 933 min manat və ya 3 dəfə artım deməkdir.

2022-ci ildə qeydə alınmış rəqəmlərə əsasən, müəssisə Gürcüstandakı işlərindən 3 milyon 488 min manat gəlir əldə etmişdi.

“AZFEN” MMC region üçün emalat və tikinti xidmətlərinin təmini, Gürcüstanda emalat, quraşdırma, tikinti, nəzarət-ölçü cihazlarının və elektrik avadanlıqlarının təmiri xidmətlərini təmin edir.

“AZFEN” MMC-nin 2023-cü ildə təşkilati-hüquqi forması birgə müəssisədən MMC-yə çevrilsə də, şirkətin nizamnamə kapitalındakı pay strukturunda dəyişiklik baş verməyib. Əvvəlki qaydada onun 277 min manatlıq nizamnamə kapitalının 60 faizi SOCAR, 40%-i isə Türkiyənin Tekfen şirkətinə məxsusdur.

“AZFEN” şirkəti ümumilikdə 2023-cü ildə 217.55 mln. manatlıq gəlir və 11.46 mln. manatlıq xalis mənfəət əldə edib. Onun Azərbaycandakı fəaliyyətindən gəlirləri illik müqayisədə 63% azalaraq 207.13 mln. manata düşüb. 2022-ci ildə bu rəqəm 566.27 mln. manat idi.

Son xəbərlər
Digər xəbərlər