24 C
Baku
Saturday, July 20, 2024

Azərbaycan və Ukraynanın ticarət dövriyyəsində son 5 ilin maksimumu qeydə alınıb

Azərbaycan və Ukrayna arasında 2018-ci ildə idxal-ixrac əməliyyatlarının həcmi 829 milyon dollar təşkil edib.

“Report” Ukrayna Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, əvvəlki illə müqayisədə 18 milyon dollar çoxdur.

Ötən il Azərbaycandan Ukraynaya 358 milyon 738 min dollarlıq məhsul ixrac olunub. Azərbaycanın Ukraynadan idxal etdiyi məhsulun dəyəri isə 469 milyon 798 min dollar təşkil edib. Beləliklə də 2018-ci ildə iki ölkə arasındakı ticarət dövriyyəsində son 5 ilin ən yüksək göstəricisi qeydə alınıb.

Qeyd edək ki, postsovet məkanında Ukrayna Azərbaycanla ticarət dövriyyəsinin həcminə görə Rusiyadan sonra ikinci yerdədir.

Son xəbərlər
Digər xəbərlər