28 C
Baku
Saturday, July 27, 2024

Azərbaycan və Ukraynanın turizm şirkətləri arasında fəaliyyət planı imzalanıb

Bu gün Azərbaycan paytaxtında “Bakıda Kiyev Günləri” (“Days of Kyiv in Baku”) adlı tədbir təşkil olunub.

Tədbir çərçivəsində “B2B”, “B2G” görüşləri keçirilib və nəticədə Azərbaycan və Ukraynanın turizm biznesinin nümayəndələri arasında Praktiki Fəaliyyət Planı imzalanıb.

Qeyd edək ki, tədbirin əsas məqsədi Ukrayna və onun paytaxtı Kiyev şəhərinin turizm potensialını Azərbaycanda nümayiş etdirmək, qarşılıqlı əməkdaşlıq üçün əlaqələr qurmaq və azərbaycanlı turistlərin Ukraynaya axınını stimullaşdırmaqdır.

MənbəApa.az
Son xəbərlər
Digər xəbərlər