28 C
Baku
Saturday, July 27, 2024

Azərbaycan və Yaponiya arasında müntəzəm reyslərin açılması planlaşdırılır

Azərbaycan və Yaponiyanın mülki aviasiya administrasiyaları iki ölkə arasında müntəzəm reyslərin açılması məsələsi ilə bağlı danışıqlar aparıb. Bu barədə Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyasının mətbuat xidmətinin məlumatında deyilir.

“İlk dəfə aparılan danışıqların gedişində tərəflər Azərbaycan ilə Yaponiya arasında müntəzəm reyslərin açılması məsələsini müzakirə ediblər. Nümayəndə heyətləri təyin olunmuş aviaşirkətlərə birbaşa sərnişin və yük reyslərini yerinə yetirmək, həmçinin kodlardan birgə istifadə haqqında müqavilələr bağlamaq hüququnun verilməsi barədə razılıq əldə ediblər”, – deyə məlumatda bildirilir.

Son xəbərlər
Digər xəbərlər