Azərbaycan və Yaponiya qarşılıqlı viza rejimini sadələşdirməyi planlaşdırır

0

Bakı və Tokio viza rejiminin qarşılıqlı əsasda sadələşdirilməsi istiqamətində danışıqlar aparır. Bunu Yaponiyanın Azərbaycandakı səfiri Teruyuki Katori deyib.

“Yaponiya ilə Azərbaycan arasında vətəndaşlar üçün viza rejiminin qarşılıqlı əsasda sadələşdirilməsi ilə bağlı danışıqlar aparılır. Yaponiya ötən ildən etibarən Azərbaycan tərəfi üçün viza rejimini sadələşdirib. Nəticədə Azərbaycandan Yaponiyaya gələn turistlərin sayı 20% artıb”, – deyə səfir Yaponiya imperatorunun tacqoyma mərasimi münasibətilə keçirilən diplomatik qəbulda qeyd edib.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

İnterfax Azərbaycan