3 C
Baku
Cümə, Yanvar 21, 2022

Azərbaycan vətəndaşları 69 ölkəyə vizasız gedə bilərlər

“Henley&Partners” təşkilatı 2022-ci il üçün Pasportlar İndeksi ilə bağlı yeni məlumat dərc edib.

Azərbaycan reytinqdə 74-cü pillədə yer alıb.

Belə ki, ölkə vətəndaşları dünyanın 69 ölkəsinə vizasız səfər edə bilərlər. Azərbaycan ötən il 80-ci pillədə qərarlaşmışdı. Beləliklə, ölkə öz göstəricilərini yaxşılaşdıraraq reytinqdə 6 pillə irəliləyib.

Reytinqin ilk pilləsində Sinqapur və Yaponiya qərarlaşıb. Bu ölkələrin vətəndaşları 192 ölkəyə vizasız səyahət edə və yaxud ölkəyə gəldikdən sonra lazımi sənədləri tərtib edə bilərlər.

İkinci pillədə də iki ölkə yer alıb. Bunlar Almaniya və Cənubi Koreyadır. Bu ölkələrin vətəndaşları 190 ölkəyə vizasız gedə bilərlər.

Mənbə:Qafqazinfo
Son xəbərlər
Oxşar xəbərlər