28 C
Baku
Saturday, July 27, 2024

Azərbaycan vətəndaşları Türkiyəyə yeni nəsil biometrik şəxsiyyət vəsiqələri ilə səyahət edəcəklər

Azərbaycan Respublikası və Türkiyə Respublikası vətəndaşlarının qarşılıqlı vizasız gediş-gəlişi Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO-nun) 9303 sənədinin tələblərinə cavab verən yeni nəsil biometrik şəxsiyyət vəsiqəsi əsasında həyata keçirilir.

Banker.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Qeyd edək ki, səyahət zamanı köhnə nəsil şəxsiyyət vəsiqələri etibarlı olmayacaq: “Yəni, vətəndalar içərisində elektron daşıyıcısı olan şəxsiyyət vəsiqələri ilə səyahət edə biləcəklər.

Xatırladaq kİ, Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı olaraq vizadan azad etmə haqqında 25 fevral 2020-ci il tarixində Bakı şəhərində imzalanmış Sazişə dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında 1 saylı Protokol”un təsdiq edilməsi barədə” qanunu imzalayıb. Qanun Azərbaycan vətəndaşlarının Türkiyəyə şəxsiyyət vəsiqəsi ilə səyahət etməsini nəzərdə tutur.

Son xəbərlər
Digər xəbərlər