28 C
Baku
Saturday, July 27, 2024

Azərbaycan vətəndaşlarının Türkiyədə ev alışı kəskin azalıb

Bu ilin may ayında Azərbaycan vətəndaşları Türkiyədə 75 ev alıblar.

Banker.az Türkiyə Statistika Komitəsinin açıqladığı rəqəmlərə istinadən xəbər verir ki, ötən ilin may ayında azərbaycanlıların ev alışı 118 olub.

2023-cü ilin ilk 5 ayında isə  Azərbaycan vətəndaşları ümumilikdə Türkiyədə 336 ev alıblar. Ötən ilin eyni dövrü ilə müqayisədə bu, 235 ev azdır. Belə ki, ötən ilin eyni dövründə bu say 571 olub.

Qeyd edək ki, 2023-cü ilin may ayında əcnəbilərə mənzil satışı 2022-ci ilin may ayı ilə müqayisədə 46.9% azalaraq 3 min 167 olub. Türkiyədə evlərin bahalaşması və zəlzələlər nəticəsində binaların uçması alışların düşməsinə səbəb olur.

 

Son xəbərlər
Digər xəbərlər