27 C
Baku
Saturday, July 27, 2024

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin nizamnaməsi və strukturu dəyişilib

Nazirlər Kabineti “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi barədə” 2014-cü il 24 yanvar tarixli qərara dəyişiklik edib.

Banker.az-ın xəbərinə görə, müvafiq qərarı baş nazir Novruz Məmmədov imzalayıb.

“Peşə təhsili haqqında” 2018-ci il 24 aprel tarixli Qanunun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 iyun tarixli Fərmanının 1.1.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 24 yanvar tarixli Qərarı ilə təsdiq edilmiş 1 nömrəli əlavə – “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsi”nin 3.2.30-cu yarımbəndində (Cəmiyyətin əsas məqsədləri və fəaliyyət istiqamətləri – kadr potensialının formalaşdırılması üçün ixtisaslaşdırılmış ali, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin təsis edilməsi və idarə olunması, habelə elmi-axtarış fəaliyyətinin həyata keçirilməsi;) “ilk peşə-ixtisas” sözləri “peşə” sözü ilə əvəzlənib.

Daha əvvəl Nazirlər Kabineti “Ali təhsilin bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsi üzrə ixtisasların (proqramların) Təsnifatı”nın təsdiq edilməsi haqqında qərar qəbul edib.

Son xəbərlər
Digər xəbərlər