3 C
Baku
Tuesday, February 27, 2024

Azərbaycan Xakasiyadan 105 kubmetr ağac məmulatları idxal edib

Ötən il dekabrın 21-nə Azərbaycan Xakasiya Respublikasından 105 kubmetr ağac məmulatları idxal edib.

Bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin (“Rosselxoznadzor”) məlumatında bildirilir.

Hesabat dövründə “Rosselxoznadzor” Xakasiya Respublikasından ümumilikdə ixrac edilən 29 210 kubmetr ağac məhsullarına nəzarət edib.

Regiondan ağac məhsullarıının əsas idxalçısı Tacikistan (26 680 kubmetr) olub. Onu Özbəkistan (1 076 kubmetr), Qırğızıstan (500 kubmetr), Qazaxıstan (201 kubmetr), Azərbaycan (105 kubmetr), Çin (108 kubmetr) və Avropa ölkələri (183 kubmetr) izləyib

Bütün məhsullar idxalçı ölkələrin karantin fitosanitar tələblərinə cavab verib və ixraca icazə verilib.

Xakasiyada yaradılmış karantin-fitosanitar zonalarından ağac ixracı zamanı aparılan yoxlama və ekspertizaların nəticələrinə əsasən ümumi həcmi 2 774 kubmetr olan 47 karantin şəhadətnaməsi verilib.

Qeyd edək ki, 2021-ci ilin eyni dövründə Xakasiyadan 27 439 kubmetr taxta ixrac edilib ki, karantin-fitosanitar zonalarından isə ümumi həcmi 1 733 kubmetr olan 28 karantin sertifikatı verilmişdi.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər