8 C
Baku
Çərşənbə, Oktyabr 27, 2021

Azərbaycan xaricə 35 milyon dollarlıq polietilen satıb, istehsalı cüzi azaldıb

2021-ci ilin yanvar-mart aylarında Azərbaycandan xarici ölkələrə 35 milyon 142 min ABŞ dolları dəyərində 33 min 747 min ton ilkin formalı polietilen ixrac olunub.

Banker.az Dövlət Gömrük Komitəsinin 3 aylıq hesabatına istinadən xəbər verir ki, illik müqayisədə polietilen ixracının dəyəri 13 milyon 649 min ABŞ dolları (63.5%), miqdarı isə 2 min 736 ton (8.8%) çoxdur.

2021-ci ilin yanvar-mart aylarında 2020-ci ilin eyni ayı ilə müqayisədə  polietilenin istehsalı isə 0.2% azalıb. Belə ki, Dövlət Statistika Komitəsinin hesabatına əsasən, bu ilin birinci rübündə 42.1 min ton polietilen istehsal edilib. 01 aprel tarixinə ölkədə hazır polietilen ehtiyatı 9 min ton təşkil edir.

 

Son xəbərlər
Oxşar xəbərlər