17 C
Baku
Saturday, November 26, 2022

Azərbaycan xaricə “dollar daşıyan” məhsulun böyük hissəsini özü istehsal etmək istəyir

Azərbaycanda hökumət rəsmisi ölkədə idxaldan asılı olan qarğıdalı yağının daxili xammal hesabına qarşılanması üçün işlər etdiyini açıqlayıb.

Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2022-ci ilin yanvar-sentyabr ayları ərzində 8617 ton həcmində qarğıdalı yaxı istehsal edilib. Bu 2021-ci ilin eyni dövründə 6201 ton idi.

İqtisadi Zonların İnkişafı Aentliyinin sədr müavini Zaur Dibirov yerli telekanallardan birinə bildirib ki, Azərbaycan aqroparkları qida üçün yararlı olan qarğıdalının əkilib, becərilməsi və onun məhsul yığımının artırılması ilə bağlı araşdırma aparır.

“İnvestorlarla Danışıqlar aparılır. İstəyirik ki, ölkədə ərzaqlıq qarğıdalının istehsalını həyata keçirək. Burada əsas mövqe həm günə baxanın istehsalının artırılması, həm də qarğıdalının istehsalı üçün axtarış aparılır”- deyə Z.Dibirov deyib.

O, bildirir ki, bununla bağlı Türkiyə və digər xarici ölkələrdən olan investorlarla danışılar aparılır.

Cari ildə Azərbaycan hazır və xam şəkildə olan qarğıdalı yağının idxalı azalıb. Çünki hazırda əhalinin əsas istehlak səbətində yer alan qarğıdalı yağı öncəki ildən çox baha qiymətə idxal olunur.

Məsələn, 2021-ci ilin yanvar-avqustunda bir tonluq hazır qarğıdalı yağı Azərbaycana 2 043 ABŞ dollarına idxal edilirdisə, bu 2022-ci ilin yanvar-avqustunda 2 394 dollara idxal olunub. Ümumiyyətlə bu yağın qiyməti 2022-ci ildə Rusiya-Ukrayna qanlı toqquşmasından sonra qida ticarət zəncirində baş verən pozulmalardan sonra bahalaşıb.

Azərbaycan cari ilin ilk 8 ayında xaricdən 1 703 tonluq qarğıdalı yağı və 7 195 ton həcmində xam qarğıdalı yağı idxal edib. Müvafiq olaraq 25 və 19% idxalda azalma müşahidə edilib.

Son xəbərlər
Digər xəbərlər
X