25 C
Baku
Saturday, July 27, 2024

Azərbaycan xaricdən ət alışını artırıb

Bu ilin yanvar-mart aylarında Azərbaycan 15 milyon 675 min ABŞ dolları dəyərində 9 min 162 ton ət idxal edib.

Banker.az bu barədə Dövlət Gömrük Komitəsinin aylıq statistikasına istinadən xəbər verir.

Beləliklə, bu ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 728 min ABŞ dolları (5% ) və 368 ton (4.2%) çoxdur.

Ötən ilin 3 ayında isə Azərbaycan 14 milyon 947 dollar dəyərində 8 min 794 ton ət idxal edib.

Hesabat dövründə ət idxalı Azərbaycanın ümumi idxalının 0.54 %-ini təşkil edib.

 

Son xəbərlər
Digər xəbərlər