25 C
Baku
Saturday, July 27, 2024

Azərbaycan xaricdən ət alışını artırıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan 65 milyon 962 min ABŞ dolları dəyərində 36 min 163 ton ət idxal edib.

Dövlət Gömrük Komitəsinin aylıq hesabatına görə bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 1 milyon 790 min dollar (3%) çox və 5 min 623 ton (14%) azdır.

2019-cu ilin 10 ayında isə Azərbaycana 64 milyon 172 min dollar dəyərində 41 min 786 ton ət idxal edilib.

Bu ilin oktyabr ayında Azərbaycan xaricdən 5.6 milyon ABŞ dolları dəyərində 2.6 min ton ət alıb.

Hesabat dövründə ət idxalı Azərbaycanın ümumi idxalının 0,75%-ni təşkil edib.

Son xəbərlər
Digər xəbərlər