2021-ci ilin ilk 5 ayında Azərbaycana xaricdən 25 milyon 809 min dollar dəyərində 14 min 683 ton ət idxal olunub.
Banker.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ət idxalı ötən ilin ilk 5 ayı ilə müqayisədə 2021-ci ilin ilk 5 ayında miqdar ifadəsilə 35%, dəyər ifadəsilə 1.6 dəfə azalıb.
2020-ci ilin ilk 5 ayında Azərbaycana 40 milyon 397 min dollar dəyərində 22 min 574 ton ət idxal edilmişdi.








