29 C
Baku
Wednesday, July 24, 2024

Azərbaycan xaricdən $212 milyonluq Aİ-92 benzini alıb – 1 litri 84 sentə

Azərbaycanda neft ayırma zavodunun (NEZ) təmirə bağlanması səbəbindən cari ilin fevral-iyul ayları müddətində Aİ-92 benzinin idxalına görə 212 milyon ABŞ dolları xərc çəkilib.

Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, cari ilin ilk yeddi ayı ərzində 185.48 min ton həcmində oktan ədədi 95-dən az olan mühərrik benzini idxal edib.

Azərbaycan fevral, mart və aprel ayında Aİ-92 benzinini Rusiya və Türkmənistandan almağa başlasa da, may ayından Rumıniya və Qazaxıstan da idxal edilməyə başlanılıb.

Fevral-iyul ayları ərzində mühərrik benzinin 154.79 min tonu Rusiyadan, 49.6 min tonu Türkmənistandan, 3.53 min tonu Qazaxıstan və 2.43 min tonu Rumıniyadan idxal edilib.

(benzin 1 tonu 1351 litrə bərabərdir)

Aylar üzrə baxdıqda Azərbaycan hələ də benzinin idxal asıllığı qalmaqdadır. İyul ayı ərzində 34.67 min ton benzin idxal edilib.

Qiymətlər. 2022-ci ildə dünyada bahalaşan neft Aİ-92 benzinin idxal xərclərini də yüksəldib. İlin əvvəli benzinin hər litri 0.7 ABŞ dolları olduğu halda (1.19 manat) iyunda 0.95 dollara qalxıb və iyulda isə qlobal enerji qiymətlərindəki soyuma nəticəsində onun da qiyməti azalıb və 0.85 dollara düşüb.

2423423424442

Azərbaycanda Aİ-92 benzini dövlət tərəfindən tənzimlənir. Neftin qiymətinin istər 20 dollar/barrel olduğu dövrdə istərsə də 120 dollar/barel olduğu dövrdə qimətlərə toxunulmayıb. Benzinin bir litri yanacaqdoldurma məntəqələrində 1 manata satılmaqdadır.

Ölkə NEZ-in dayanması səbəbindən benzinin idxalı ilə bağlı vergi siyasətini yumşaltsa da fevral-iyul ayları üzrə benzinin hər litrini 1.43  manata (0.84 ABŞ dollarına) alıb. Beləliklə, NEZ-in dayanması təqribən hər litrində 43 qəpik ölkəni əlavə xərcə salıb.

Qeyd edək ki, aprelin 4-dən SOCAR planlaşdırılmış profilaktik işlərin aparılması üçün Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun fəaliyyətinin dayandırılması prosesinə başlayıb.

Son xəbərlər
Digər xəbərlər