17 C
Baku
Monday, May 20, 2024

Azərbaycan xaricdən 34 milyon dollar dəyərində balıq və dəniz məhsulları alıb

2022-ci ildə Azərbaycana idxal olunan balıq və dəniz məhsullarının dəyəri artıb.

“Banker.az”ın Dövlət Gömrük Komitəsinin dərc etdiyi hesabat əsasında apardığı hesablamalara görə, 2022-ci il ərzində ölkəyə dəyəri 34 milyon 806 min ABŞ dolları dəyərində balıqlar və xərçəngkimilər, molyusklar və digər su onurğasızları idxal edilib. Bu, 2021-ci illə müqayisədə 29% artım deməkdir.

Hesabat dövründə ölkədən ixrac olunan balıq və dəniz məhsullarının dəyəri isə cəmi 1 milyon 359 min dollar təşkil edib ki, bu da illik ifadədə 2.3% azdır.

Son xəbərlər
 ⁠
Digər xəbərlər