13 C
Baku
Cümə axşamı, Oktyabr 21, 2021

Azərbaycan xaricdən benzin avtomobillərin idxalını daha çox azaldır

faizlere

Azərbaycan xaricdən 2021-ci ilin yanvarında benzin mühərrikli minik avtomobillərinin alışını dizeldən daha çox azaldıb.

Banker.az xəbər verir ki, Azərbaycan yanvarda xaricdən 2 413 ədəd benzin mühərrikli minik avtomobili idxal edib. Bu avtomobillərin idxal dəyəri isə 30 milyon 627.51 min dollar təşkil edib. Öncəki illə müqayisədə miqdar baxımdan 31.5% azalıb, dəyər baxımdan isə 17.1% azalma olub.

Benzinlə hərəkətlənən minik avtomobillərin 35 ədədi (illik müqayisə: +16.7%) 1 litrdən kiçik, 1 270 ədədi 1-1.5 litr arası (-34.6%), 1 093 ədədi 1.5-3 litr arası (-28.6%), 15 ədədi isə 3 litrdən çox olanlar (-28.6%) təşkil edib.

23422323
DSK

Dizel mühərrikli minik avtomobillərin sayı isə bir ayı əhatə edən statistikada 1 360 ədəd, yaxud 9 milyon 972.89 min dollar olmuşdur. Miqdar baxımdan idxal həcmi 0.8% və ya dəyər baxımdan 7.8% azalma müşahidə edilib. Dizellə hərəkətə gələn bu minik avtomobillərin 543 ədədinin mühərriki 1.5 litrə qədər olan (+3.2%), 787 ədədi 1.5-2.5 litr olan (-1.0%) və 30 ədədi isə 2.5 litrdən çox olan (-40.0%) minik avtomobilləri olmuşdur.

Screen Shot 2021 09 23 at 11.36.43
Son xəbərlər
360 380
Oxşar xəbərlər