27.4 C
Baku
Monday, July 22, 2024

Azərbaycan xaricdən buğda alışını azaldıb

2020-ci ilin yanvar-sentyabr ayları ərzində Azərbaycana 206  milyon 340 min ABŞ dolları dəyərində 968 min 210 ton buğda idxal edilib.

Banker.az Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, bu ötən ilin eyni dövrü ilə müqayisədə 34 milyon 407 min ( 14%) ABŞ dolları  və ya 144 min 669 (13%) ton azalma deməkdir.

Belə ki, ötən ilin müvafiq dövründə 240 milyon 747 min ABŞ dolları dəyərində 1 milyon 112 min 879 ton buğda idxal edilib.

Hesabat dövründə buğda idxalı Azərbaycanın ümumi idxalının 2.64%-ni təşkil edib.

1234 1

Son xəbərlər
Digər xəbərlər