12 C
Baku
Sunday, October 27, 2024

Azərbaycan xaricdən gübrə alışına 100 milyon dollar xərcləyib

Cari ilin yanvar-sentyabr aylarında ölkəyə 292 min 296 ton gübrə idxal edilib.

Banker.az  Dövlət Gömrük Komitəsinə istinadla xəbər verir ki, idxal edilən gübrənin dəyəri 100 milyon 900 min ABŞ dolları olub.

Ötən ilin eyni dövründə ölkəyə dəyəri 79 milyon 748 min dollar olmaqla 274 min 901 ton gübrə idxal edilib.

Belə ki, gübrə idxalı məbləğ ifadəsində 21 milyon 152 min dollar və yaxud 27%, miqdar ifadəsində isə 17 min 395 ton və yaxud  6.3% artıb.

Son xəbərlər
Digər xəbərlər