28 C
Baku
Saturday, July 27, 2024

Azərbaycan xaricdən kərə yağının idxalını kəskin artırıb – 51 milyon dollar valyuta ölkədən çıxıb

2020-ci ilin yanvar-iyul aylarında Azərbaycana 50 milyon 957 min dollar dəyərində 10 min 300 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edilib.

Banker.az bu barədə Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir.

Belə ki, kərə yağının idxalı miqdar ifadəsində 2 min 818 ton və ya 38%, dəyər ifadəsində 13 milyon 652 min dollar və ya 37% artıb.

Ötən ilin müvafiq dövründə isə Azərbaycana 37 milyon 305 min dollar dəyərində 7 min 482 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edilmişdi.

Son xəbərlər
Digər xəbərlər