26 C
Baku
Saturday, July 27, 2024

Azərbaycan xarici dövlət borcunun ÜDM-nə nisbətini 9 %-dən aşağı endirib

2022-ci ilin yekununda Azərbaycanın xarici dövlət borcunun ölkənin ümumi daxili məhsuluna (ÜDM) nisbəti 8.6 % təşkil edib.

Bu barədə nazir Samir Şərifov qurumda keçirilmiş kollegiya iclasında məlumat verib.

“Ötən il həm də xarici borcun əhəmiyyətli şəkildə azaldılması və daxili borc bazarının inkişaf etdirilməsi ilə səciyyəvi olub. Bu işlər 2018-ci ildə ölkə Prezidentinin sərəncamı ilə təsdiq edilən və ötən ilin sonunda yenilənmiş “Dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya” sənədi əsasında həyata keçirilib”, – deyə o qeyd edib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər