22 C
Baku
Wednesday, May 22, 2024

Azərbaycan xilasediciləri Türkiyədə dağıntılar altından 51 nəfəri sağ çıxarıb – Yenilənib

Türkiyənin Kahramanmaraş şəhərində Fövqəladə Hallar Nazirliyinin axtarış-xilasetmə qrupları tərəfindən axşam saatlarında zəlzələ baş verən ərazidə əməliyyatlarını davam etdirilər.

Kahramanmaraşda Pınar yaşayış məhəlləsində FHN əməkdaşları tərəfindən ötən günün ikinci yarısından keçirilən əməliyyatlarda iki sağ şəxslə yanaşı, 11 cəsəd də dağıntılar altından çıxarılıb.

Cəsədlərin 7-i axşam saatlarında, 4-ü isə bu gün səhər saatlarında aşkarlanıb.

Onlar aidiyyəti üzrə təhvil verilib.

Hazırda əməliyyat-axtarış tədbirləri davam etdirilir.


09:56

Azərbaycan xilasediciləri Türkiyədə dağıntılar altından 51 nəfəri sağ, 655 nəfərin cəsədini çıxarıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Qeyd olunub ki, Prezident İlham Əliyevin tapşırığına əsasən Türkiyədə olan FHN-in çevik xilasetmə qüvvələri qardaş ölkədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarını fasiləsiz davam etdirirlər.

Nazirliyin xilasediciləri zəlzələdən ciddi zərər görmüş Kahramanmaraş rayonu ərazisində həyata keçirdikləri axtarış-xilasetmə əməliyyatları nəticəsində dağıntılar altından 51 nəfəri sağ, 655 nəfərin isə cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Axtarış-xilasetmə əməliyyatları xüsusi texniki vasitələr, habelə xilasetmə itlərinin tətbiq edilməsi ilə davam etdirilir.

MənbəReport
Son xəbərlər
 ⁠
Digər xəbərlər