28 C
Baku
Saturday, July 27, 2024

“Azərbaycan yanğınsöndürənləri Marmarisdə 3 istiqamətdə yanğını söndürür”

“Bu gün səhər saatlarında Türkiyə Kənd Təsərrüfatı və Meşə Nazirliyinin idarəetmə mərkəzindən Azərbaycan Fövqəladə Hallar Nazirliyinin əməkdaşları 3 istiqamətə – Marmaris şəhərinin Kavaklı, İlanlı və Çayhisara yönləndiriliblər”.

Bunu Azərbaycan fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, hazırda həmin istiqamətlərdə Azərbaycan Fövqəladə Hallar Nazirliyinin əməkdaşları yanğını söndürürlər: “Burada yanğınların söndürülməsi işləri görülür. Qeyd edim ki, bu istiqamətdə bizim helikopter fəaliyyətdədir”.

Son xəbərlər
Digər xəbərlər