22 C
Baku
Wednesday, April 17, 2024

Azərbaycan yanvarda 181 kq qızıl hasil edib

Azərbaycanda əlvan metal filizlərinin hasilatı 2023-cü ilin ilk ayında yüksəlib.

Bu barədə Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Mis konsentratı illik müqayisədə 20% artaraq 236.3 ton təşkil edib.

Qızıl istehsalı illik müqayisədə 8.7% artaraq 181 kiloqrama, yaxud təqribən 6 384.6 unsiyaya  yüksəlib. Hazırda qızılın dünya bazarında spot qiyməti 1 unsiyası 1 830-1 860 ABŞ dolları dəyərindədir ki, bu həcm 11 milyon 748 min ABŞ dollarında dəyər deməkdir.

Gümüş istehsalı isə 7.6% artaraq 308.7 kiloqrama yüksəlib.

  2023-cü ilin yanvar ayında istehsal edilmişdir Əvvəlki ilin müvafiq ayına nisbətən, faizlə 01.02.2023-cü il vəziyyətinə hazır məhsul ehtiyatı
Mis konsentratı, ton 236,3 120,0 293,7
Qızıl, kq 181,4 108,7 194,0
Gümüş, kq 308,7 107,6 331,6

 

Son xəbərlər
Digər xəbərlər