27 C
Baku
Saturday, July 27, 2024

Azərbaycan yanvarda “OPEC+” öhdəliyini 112% yerinə yetirib

2022-ci ilin yanvar ayında Azərbaycanda gündəlik neft (kondensatla birlikdə) hasilatı 700.5 min barrel olub. Bunun 580.9 min barrelini xam neft, 119.6 min barrelini isə kondensat təşkil edib.

Banker.az bu barədə Energetika Nazirliyinə istinadən xəbər verir.

Qeyd edək ki, “OPEC plus” ölkələri nazirlərinin 23-cü iclasında qəbul edilmiş “Əməkdaşlıq Bəyannaməsi” çərçivəsində Azərbaycanda gündəlik xam neft hasilatının 2022-ci ilin yanvarında daha 7 min barrel artırılaraq 661 min barrelə çatdırılması, ixtisarla bağlı öhdəliyin isə 57 min barrel həcmində olması nəzərdə tutulurdu. Azərbaycan yanvarda “OPEC+” öhdəliyini 112% yerinə yetirib.

Son xəbərlər
Digər xəbərlər