4 C
Baku
Sunday, February 25, 2024

Azərbaycan yanvarda təbii qaz ixracını illik müqayisədə 4.5% artırıb, nazir deyir

2023-ci ilin yanvar ayında Azərbaycanda operativ məlumatlara əsasən neft-kondensat hasilatı 2.5 mln. ton, ixraca nəql edilən həcmlər isə 2.1 mln. ton olub.

Banker.az xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov öz X.com hesabında yazır.

Yanvarda 30 mln. kub-metr artımla hasil edilmiş 4.3 mlrd. kub-metr təbii qazın 2.3 mlrd. kub-metri ixrac olunub.

Yanvarda təbii qaz ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən 4.5% artıb. Avropaya 1.1 mlrd. kub-metr, Türkiyəyə 0.8 mlrd. kub-metr, Gürcüstana isə 0.4 mlrd. kub-metr qaz ixrac olunub. Bu dövrdə TANAP-la Türkiyəyə 0.4 mlrd. kub-metr qaz nəql edilib.

Son xəbərlər
Digər xəbərlər