16 C
Baku
Monday, October 14, 2024

Azərbaycan yararsız torpaqların xüsusi çəkisini 15%-ə endirməyi hədəfləyir

Azərbaycanın hədəflərdən biri yararsız torpaqların xüsusi çəkisinin 25%-dən 15%-ə endirilməsidir.

Bunu İqtisadiyyat Nazirliyinin şöbə müdiri Hüseyn Hüseynov Dövlət Vergi Xidmətinin təşkilatçılığı ilə Bakıda keçirilən karbon qiymətləndirilməsi üzrə beynəlxalq konfransda – “Karbon vergisinin iqtisadi təsirləri” mövzusunda sessiyada bildirib.

“2026-cı ilə qədər qarşıda bir sıra hədəflər var. Ümumi daxili məhsulun (ÜDM) illik orta hesabla 3-4%-lik artımına nail olmaq istəyirik. O cümlədən qeyri-neft-qaz sektorunda 5% artəm gözləyirik. Tullantıların təkrar emalı dərəcəsini paytaxtda 20%-ə, regionlarda isə 10%-ə, elektrik enerjisi istehsalında bərpa olunan enerjinin payını isə 2026-cı ilə qədər 24%-ə, 2030-cu ilə qədər isə 30%-ə çatdırmaq hədəflənir. Bu hədəflərə çatmaq üçün əvvəl ekoloji, iqtisadi və sosial qiymətləndirmə aparılmalıdır”, – deyə o qeyd edib.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər