27 C
Baku
Friday, July 19, 2024

Azərbaycan yeni pensiya sisteminə keçir (VİDEO)

Azərbaycanda pensiya sisteminin maliyyə dayanıqlılığı artırılacaq.

ANS TV-nin məlumatına görə, 2003-2015-ci illər ərzində əmək pensiyalarının orta aylıq məbləği 9,5 dəfə artıb. Bu artımlar, eləcə də pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi məqsədilə ayrılan əlavə dövlət dəstəyi hesabına pensiya xərclərinin ölkənin ÜDM-ə olan nisbəti əhəmiyyətli şəkildə yüksəlib, 5,1%-ə çatıb.
Bu barədə Dövlət Sosial Müdafiə Fondunun sədr müavini Zakir Babayev məlumat verib:

“Maliyyə modelinin təkmilləşdirilməsi və risklərə cavab verən çevik strategiyanın hazırlanması məqsədi ilə alətlərdən istifadə olunur”.

Fond pensiya islahatları çərçivəsində beynəlxalq təcrübəni öyrənir. İslahatların həyata keçirilməsində Sosial Müdafiə Fonduna fransalı ekspertlər yardım edəcək. Elə bu gün Fransanın Texniki Peşəkarlıq üzrə Beynəlxalq Agentliyi ilə birgə treyninq-seminar həyata keçirilib.

Fransa Əmanət Pensiya Fondunun sabiq rəhbəri Fransua Durin bildirib ki, burda olduqları müddətdə ölkənizin pensiya sistemini öyrənməyə çalışıblar:

“Gələcəkdə birgə əməkdaşlıq edəcəyik. Yeni konsepsiyanın həyata keçirilməsində əlimizdən gələni etməyə hazırıq. Ümid edirəm ki, hər iki tərəf üçün əməkdaşlığımız faydalı olacaq”.

Azərbaycanda yeni pensiya sisteminə keçid mərhələli şəkildə 2020 -ci ilədək həyata keçiriləcək.

[su_youtube url=”https://www.youtube.com/watch?v=WVUPNyV2vHQ”]

Son xəbərlər
Digər xəbərlər