12 C
Baku
Sunday, October 27, 2024

Azərbaycana ən çox investisiya yatıran ölkələr

2023-cü ilin yanvar-iyun aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 7148.3 milyon manat və ya 2022-ci ilin müvafiq dövrü
ilə müqayisədə 10.4 faiz çox vəsait yönəldilib.

Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Xarici ölkələr və beynəlxalq təşkilatların vəsaitləri hesabına əsas kapitala yönəldilmiş vəsaitin 1838.3 milyon manatı (94.8 faizi) Birləşmiş Krallıq, Fransa, ABŞ, Türkiyə, Yaponiya, İsveçrə, Rusiya, Norveç və İran sərmayədarlarına məxsus olub.

2023-cü ilin yanvar-iyun aylarında tikinti müəssisələri tərəfindən (fərdi sahibkarlar nəzərə alınmaqla) yerinə yetirilmiş inşaat işlərinin 79.7 faizini tikinti, yenidənqurma və genişləndirmə, 6.4 faizini əsaslı təmir, 8.6 faizini cari təmir, 5.3 faizini isə sair tikinti işləri təşkil edib. Ümumi inşaat işlərinin 88.4 faizini qeyri-dövlət tikinti müəssisələri yerinə yetirmişlər.

Son xəbərlər
Digər xəbərlər