24 C
Baku
Sunday, August 14, 2022

Azərbaycana $1,3 milyarddan çox kredit ayırıb

Asiya İnkişaf Bankı (Asian Development Bank, ADB) 2016-cı ildə Azərbaycana 4 layihənin maliyyələşdirilməsi üçün 1,325 mlrd. dollar məbləğində kredit ayırıb.

“Interfax” agentli xəbər verir ki, qeyd edilən vəsaitin 520 mln. dolları elektrik enerjisi şəbəkəsinin genişləndirilməsinə, 75 mln. dollar su təchizatı sisteminin yaxşılaşdırılmasına, 500 mln. dollar “Şahdəniz-2” layihəsinə, 500 mln. dollar isə ölkədəki iqtisadi artımı dəstəkləmək üçün ayrılıb.

Qeyd edək ki, bu məbləğə “Cənub Qaz Dəhlizi” QSC-yə ayrılan 500 mln. dollarlıq vəsaity daxil deyil.

2016-cı ilin dekabrın 31-nə ADB-nin Azərbaycanın özəl sektoru ilə bağlı kredit portfeli 373,6 mln. dollar təşkil edir.

MənbəAPA
Son xəbərlər
Oxşar xəbərlər