25 C
Baku
Monday, July 7, 2025

Azərbaycana 5 ayda 127 milyon dollardan çox gəlir gətirib

Bu ilin 5 ayında Azərbaycandan 72 min 716 ton pambıq lifi göndərilib.

Banker.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

2021-ci ilin yanvar-may aylarında ixrac edilən pambıq lifinin dəyəri 109 milyon 371 min ABŞ dolları olub.

Ötən ilin eyni aylarında ölkədən 49 milyon 494 min dollarlıq 36 min 295 ton pambıq lifi ixrac edilib. Belə ki, pambıq lifinin ixracı dəyər ifadəsində 2.2 dəfə, miqdar ifadəsində isə 2 dəfə artıb.

Onu da qeyd edək ki, 5 ay ərzində Azərbaycandan 17 milyon 840 min dollarlıq 6 min 463 ton pambıq ipliyi ixrac edilib. 2020-ci ilin müvafiq dövründə isə pambıq iplik 9 milyon 232 min dollar vəsait gətirmişdi və ixrac olunmuş məhsulun həcmi 4 min 109 ton olmuşdu. İllik müqayisədə ixrac edilən pambıq ipliyin dəyəri 1.9 dəfə, miqdarı isə 57.3% artıb.

Son xəbərlər
Digər xəbərlər