28 C
Baku
Saturday, July 27, 2024

Azərbaycana “ağ qızıl”dan 150 milyon dollara yaxın valyuta daxil olub

Bu ilin 6 ayında Azərbaycandan 81 min 417 ton pambıq lifi göndərilib.

Banker.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

2021-ci ilin yanvar-iyun aylarında ixrac edilən pambıq lifinin dəyəri 122 milyon 956 min ABŞ dolları olub.

Ötən ilin eyni aylarında ölkədən 59 milyon 444 min dollarlıq 44 min 33 ton pambıq lifi ixrac edilib. Belə ki, pambıq lifinin ixracı dəyər ifadəsində 2 dəfə, miqdar ifadəsində isə 1.8 dəfə artıb.

Onu da qeyd edək ki, 6 ay ərzində Azərbaycandan 23 milyon 621 min dollarlıq 8 min 417 ton pambıq ipliyi ixrac edilib. 2020-ci ilin müvafiq dövründə isə pambıq iplik 9 milyon 947 min dollar vəsait gətirmişdi və ixrac olunmuş məhsulun həcmi 4 min 681 ton olmuşdu. İllik müqayisədə ixrac edilən pambıq ipliyin dəyəri 2.4 dəfə, miqdarı isə 1.8 dəfə artıb.

Son xəbərlər
Digər xəbərlər