26 C
Baku
Wednesday, April 24, 2024

Azərbaycana gələn xaricilər bank kartları ilə 863 mln. manatlıq əməliyyatlar aparıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycana dünyanın 190 ölkəsindən 2 138,7 min və ya 2018-ci ilin analoji dövrü ilə müqayisədə 8,2% çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

“APA-Economics”in xəbərinə görə, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Ramil Hüseyn deyib.

Onun sözlərinə görə, bu ilin avqust ayında ölkəyə gələn xarici vətəndaşların sayı 13,2% artıb və onların bank kartları vasitəsi apardıqları əməliyyatları 137,4 mln. manat təşkil edib: “Ümumilikdə, 2019-cu ilin yanvar-avqust ayları ərzində Azərbaycana gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatların dəyəri 862,9 mln. manat təşkil edib”.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər